Mahir Şükürov: “Belçikadakı oyunla müqayisədə heyətdə dəyişiklik olacaq”

Mahir Şükürov: “Belçikadakı oyunla müqayisədə heyətdə dəyişiklik olacaq”

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Mahir Şükürov yığmamızın Belçika komandası ilə keçirəcəyi oyun haqda fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, futbolçu komandada yaxşı əhval-ruhiyyə olduğunu qeyd edib: "Əhval-ruhiyyə yaxşıdır. Belçika yığmasının heyətində yaxşı futbolçuların olduğunu qeyd edə bilərəm. Doğma meydanda oynayırıq, ona görə də azarkeşləri sevindirməyə çalışacağıq. Belçikadakı oyunla müqayisədə heyətdə dəyişiklik olacaq. Onu deyə bilərəm ki, sağ cinahda məndən öndə Əfran İsmayılov yer alacaq. Biz tandem yaradacağıq. Ümumiyyətlə, baş məşqçi kimlərə şans versə, onlar da özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Ehtiyatda qalan komanda yoldaşlarıma da uğurlar arzulayıram.

Sabah Belçika yığmasını məğlub etməklə həm öz azarkeşlərimizin üzünü güldürmək, həm də Türkiyə yığmasına kömək etmək istəyirik. Qoy türkiyəlilər bizə azarkeşlik etsinlər. Çünki artıq yığmamız özünəinam qazanıb.

Brüsseldəki oyunda formada deyildim. Klubumda az məşq etmişdim. İndi yaxşı formadayam və komandama kömək etməyə çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə