İstanbulun "Fənərbaxça" futbol klubunun braziliyalı futbolçusu Andre Santosun İngiltərənin "Arsenal" futbol klubuna keçidi rəsmiləşib. Siasport.az saytı xəbər verir ki, bu gün "Fənərbaxça" futbol klubunun rəsmi saytı, futbol üzrə Braziliya millsinin də üzvü olan futbolçunun London "Arsenal"ına 7 milyon avroya satıldığını elan edib. Klubun rəsmi saytında deyilir ki, futbolçunun transfer məsələsi ilə bağlı tərəflər arasında bütün detallar qarşılıqlı olaraq razılaşdırılıb. Xatırladaq ki, A.Santos "Arsenal"da 7 nömrəli formada çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB