Vaqif Cavadov: “Mən heç vaxt öz oyunumdan razı qalmamışam”

Vaqif Cavadov: “Mən heç vaxt öz oyunumdan razı qalmamışam”

"Qarşıdakı iki oyun çox çətin keçəcək. Yaxşı oynayıb, nəticə qazanmaq istəyirik". Siasport.az saytı xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının üzvü Vaqif Cavadov deyib. O, Belçika millisinin heyətinə cəlb edilən 24 futbolçudan 23-nün Avropanın ən səviyyəli çempionatlarında çıxış etdiyini qeyd edib. Daha sonra futbolçu bunları əlavə edib: "Millinin düşərgəsinə uşaqlar hər zaman ürəklə gəlirlər. Azarkeşlərin üzünü güldürməyə çalışacağıq.

Biz özümüzü, millimizi fikirləşməliyik. Həm də bu oyunda qələbə qazanmalıyıq ki, Qazaxıstan yığması ilə qarşılaşmaya yaxşı əhval-ruhiyyədə çıxaq.

Diqqətimi oyunuma yönəltmişəm. Formada olub-olmadığıma gəldikdə, bunu Rusiya çempionatının oyunlarnı izləyənlər deyə bilər. Mən heç vaxt öz oyunumdan razı qalmamışam".

Bütün xəbərlər Facebook səhifəmizdə