"Neftçi" PFK qvineyalı futbolçu Kanfori Silla ilə müqavilə bağlayıb. Siasport.az saytı xəbər verir ki, müqavilənin şərtlərinə görə, oyunçu 10 gün müddətində məşq proseslərində özünü yaxşı tərəfdən göstərsə, müqavilə avtomatik olaraq qüvvəyə minəcək.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçinin sonuncu klubu "Etual de Qvineya" olub. Silla bundan əlavə, "Şarlerua" (Belçika, 2001), "Erqotelis" (Yunanıstan, 2001-2004), "Kallitea" (Yunanıstan, 2004-2006), "Sivasspor" (Türkiyə, 2006-2007), "İstanbulspor" (Türkiyə, 2007-2009), "Konyaspor" (Türkiyə, 2009-2010) klublarında çıxış edib. O, 2004-cü ildən dəvət aldığı Qvineya milli komandasının heyətində 38 oyun keçirib və Afrika Millətlər Kubokunun yarımfinalçısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB