Sentyabrın 11-də Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qarabağ"ı qəbul edəcək "Sumqayıt Şəhər" hazırlığını "Dalğa Arena"da davam etdirir. Siasport.az saytı xəbər verir ki, U-17-nin heyətində Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdən qayıdan komandamızın 3 futbolçusu – Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Camaləddinov artıq Bernhard Raabın sərəncamındadır.
Heyətdə yer alan 3 zədəli futbolçudan Timur İsrafilov və Murad Səttarlı komanda ilə məşqlərini davam etdirir. Bərpa prosesi keçən Abdulla Abatsiyevin isə iki həftədən sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
"Sumqayıt Şəhər"in yeni transferi Bədavi Hüseynov isə 21 yaşadək futbolçulardan ibarət milli komandanın heyətində olduğu üçün sentyabrın 8-də kollektivə qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB