Berti Foqtsun köməkçisi: \"Belçika yığması ilə oyunda hücum futbolu oynayacağıq\"

Bu gün \"Aeroport\" oteldə təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Olaf Yansen komandamızın Belçika yığması ilə keçirəcəyi oyun haqda fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, mütəxəssis ilk öncə xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib: \"Əvvəlcə Ramazan bayramı münasibəti ilə hər birinizi təbrik edirəm. Artıq ikinci həftədir ki, hazırlığımızı davam etdiririk. Belçika yığması ilə oyun çətin olacaq. Bu komanda qrupumuzda 2-ci pillədə qərarlaşıb. Bu da ciddi göstərici sayılır. Belçika yığması güclü komandadır. Xüsusilə də, onların hücum xətti güclüdür. Demək olar ki, bütün futbolçuları tanınmış klublarda oynayır. Lakin biz də çalışacağıq ki, əlimizdən gələni edək. Son 2 həftədə olan məşqlərlə oyuna mümkün qədər yaxşı hazırlaşmışıq. Bir il əvvəllə müqayisədə futbolçuların daha yaxşı vəziyyətdə olduğunu qeyd edə bilərəm. Bunu Makedoniya yığması ilə oyunda da görmək olardı. Birinci hissədə daha yaxşı oynadıq. Ancaq fasilədən sonra bu tempi saxlaya bilmədik. Bu da futbolçuların fiziki cəhətdən sona qədər mübarizə aparmaması ilə bağlı idi.Sabahkı oyunda komandamız sona qədər mübarizə aparacaq. Futbolçularımız oyunun əhəmiyyətini yaxşı anlayır. Əvvəlki oyunlarımızda da sübut etmişik ki, hər an sürpriz edə bilərik. Belçika yığması ilə oyunda hücum futbolu oynayacağıq\".

Bütün xəbərlər Facebook səhifəmizdə