"Qalatasaray" rəhbərliyi Fatih Terimin villasında məxvi toplantı keçirib
İstanbulun "Qalatasaray" futbol klubunun rəhbərliyi transfer məsələsində ciddi planlar hazırlamağa başlayıb. Siasport.az saytı xəbər verir ki, Avropada sentyabrın 5-də bitən transfer pəncərəsindən sonra, kənarda qalan ulduz futbolçuları daha ucuz qiymətə heyətinə qatmaq istəyən "cim bom" rəhbərliyi, bütün bunlarla bağlı baş məşqçi Fatih Terimin Bodrumdakı lüks villasında qapalı toplantı keçiriblər. "Qalatasaray" prezidenti Ünal Aysal, vitse-prezident Ali Dürüst və baş məşqçi Fatih Terimin kemirdikləri məxvi toplantıda transfer məsələlərindən tutmuş Türkiyə futbolundakı son durum da müzakirə olunub. Toplantıdan sonra isə F.Terim və A.Dürüst motorlu qayıqla gəzintiyə çıxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB