Olaf Yansen Türkiyə – Qazaxıstan oyununda

Olaf Yansen Türkiyə – Qazaxıstan oyununda
Xəbər verdiyimiz kimi, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də, Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan – Belçika oyunu keçiriləcək. Siasport.az saytı xəbər verir ki, həmin gün millimizlə eyni qrupda mübarizə aparan Türkiyə və Qazaxıstan yığmaları da qarşılaşacaq. Rəqiblərimizin oyununu izləmək üçün Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Olaf Yansen İstanbul şəhərinə gedəcək.

Xatırladaq ki, millimiz Qazaxıstan yığması ilə sentyabrın 6-da Bakıda, Türkiyə komandası ilə oktyabrın 11-də İstanbulda qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə