"Beşiktaş" keçmiş futbolçusunu məhkəməyə verir

"Beşiktaş" keçmiş futbolçusunu məhkəməyə verir

Türkiyənin "Beşiktaş" futbol klubu, artıq keçmiş futbolçusu sayılan Ferrarini məhkəməyə verməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun təmsilçiləri, klubla olan müqaviləni kobud şəkildə pozaraq digər klublarla gizli danışıqlar aparan və yaxın günlərdə yeni klubunun adını açıqlayacağını mətbuata deməkdən çəkinməyən alman futbolçu ilə bağlı məsələni, beynəlxalq futbol məhkəməsi qarşısında həll etməyi planlaşdırır. Türkiyə mətbuatı yazır ki, artıq İstanbul klubunun hüquqşünasları lazım olan sənədləri hazırlayaraq beynəlxalq hüquq təşkilatına vermək üzrədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə