İngiltərənin "Arsenal" futbol klubunda baş verənlər dünya futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, əzəli rəqibi olan "Mançester Yunayted"ə 2:8 kimi biyabırçı hesabla uduzması, "topçular"ın düşərgəsində gərginliyi pik nöqtəyə çatdırıb. Xüsusi ilə İngiltərə mətbuatı ən azı 20 ilə yaxındır ki, komandanın sükanı arxasında olan tanınmış fransız futbol mütəxəssisi Arsen Vengerin də artıq London klubu ilə yollarını ayırmağa hazırlaşdığını iddia edir.
Həttda "Mançester Yunayted" ilə qarşılaşmadan sonra A.Vengerin "Arsenal" rəhbərliyi ilə ciddi mübahisəyə girişdiyi bildirilirdi. İndi məlum olub ki, sən demə qarşılaşmadan sonra A.Venger klub rəhbərliyini ittiham edərək, onları əsas futbolçuları bir-bir sataraq "Arsenal"ı acınacaqlı durumla üz-üzə qoymaqda günahlandırıb.
"Faynenşl Tayms" qəzeti iddia edir ki, A.Venger xüsusi ilə Sers Fabreqasın və Samir Nəsrinin başqa klublara satılmasını ağlasığmaz addım kimi qiymətləndirərək, klub rəhbərliyini, yeni mövsümdə baş verəcək daha acınacaqlı proseslərə görə məsuliyyət daşımayacağı ilə bağlı xəbərdar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB