İstanbulun "Fənərbaxça" futbol klubunun braziliyalı ulduz futbolçusu Andre Santos bundan sonrakı futbol həyatını "Arsenal"da davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, onsuz da pis günlər keçirən İstanbul klubunda Luqano, Quiza və Emenikenin arxasınsa A.Santosun da getməyi, "Fənərbaxça"da böyük problemlər yaradıb.
Artıq klub rəhbəliyində də fövqəladə vəziyyət hökm sürür. A.Santosu "Arsenal"a verəndən sonra bir həftə sonra başlayacaq Türkiyə Superliqasında "Fənərbaxça"nın necə çıxış edəcəyi də indi maraqla gözlənilir. Demək olar ki, əsas futbolçularını transferə çıxaran İstanbul klubunun yeni mövsümdə Superliqada heç bir ciddi iddiasının qalmadığı göz qabağındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB