Arsen Venger istefa verir?
İngiltərə Premyer Liqası çərçivəsində əzəli rəqibi olan "Mançester Yunayted"ə 2:8 hesablı rüsvayçı məğlubiyyətə uğrayan "Arsenal" futbol klubunda vəziyyət kritik həddədir. Siasport.az saytı xəbər verir ki, "Old Trafford" stadionunda "topçular"ın "qırmızı şeytanlar"a acınacaqlı məğlubiyyətdən sonra baş məşqçi Arsen Vengerin istefa nəsələsi gündəmə gəlib. Neçə illərdir ki, "Arsenal"ın sükanı arxasında olan və belə bir hesablı məğıubiyyətə uğradığını hec cürə xatırlamayan təcrübəli fransız futbol mütəxəssisi, artıq istefa barədə fikirləşir.
İngilis mətbuatı xəbər verir ki, dünən klub rəhbərliyi ilə görüşən A.Venger könüllü şəkildə istefa verməyə hazır olduğunu və necə deyərlər "üzüsulu" komandanın sükanını təhvil verəcəyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə