Sullen Muntari "Qalatasaray"da!
İstanbulun "Qalatasaray" futbol klubu daha bir ulduz futbolçunu heyətinə qatmaq üzrədir. Siasport.az saytı xəbər verir ki, İstanbul klubu İtaliyanın "İnter" futbol klubunda forma geyən nigeriyalı Sullen Muntari, artıq "Qalatasaray"a qovuşmaq üçün gün sayır.
Nigeriyalı futbol ulduzunun transfer məsələsini həll edən "cim bom" rəhbərliyi, artıq bu məlumatı açıqlamağa başlayıb. Belə ki, baş məşqçi Fatih Terim, bu transfer barədə "Qaıatasaray"ın məşqçilər korpusunu da məlumatlandırıb. Məlumata əsasən, "Qalatasaray" klubunun prezidentiÜnal Aysal dünən İstanbula gələn futbolçunun meneceri Fabien Piveteau ilə görüşərək bir sıra məsələləri müzakirə edib və futbolçunun "Qalatasaray"a transferi üçün bütün detallar razılaşdırılıb.Məlumata əsasən, "Qalatasaray"ın illik 2,6 milyon avroluq məvacib təklifini qəbul edən nigeriyalı futbolçunun transferinə klub prezidenti tərəfindən yaşıl işıq yandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə