Rusiyanın "Zenit" futbol klubu, keçmiş futbolçusu olan Andrey Arşavini İngilərənin "Arsenal" futbol klubundan geri qaytarmaq haqqında fikirləşir. Siasport.az saytı xəbər verir ki, Sankt-Peterburq futbol klubu, artıq münasib təkliflə "topçular"ın qapısını döyməyə hazırlaşır. Artıq Rusiya klubun rəsmi saytında da A.Arşavinin yenidən doğma klubuna qayıtması üçün işə başlanıldığı barədə məlumatlar da dərc olunub.
Belə görünür ki, "Zenit" rəhbərliyi bu məsələdə azarkeşlərin də dəstəyinə ehtiyac hiss edir. Fanatlar da A.Arşavini yenidən doğma klubda görmək üçün hər qarşılaşmada müxtəlif çüarlar səsləndirməyə başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB