"Qalatasaray"ın keçmiş futbolçusu "Sportinq"də!

"Qalatasaray"ın keçmiş futbolçusu "Sportinq"də!
Keçən il İstanbulun "Qalatasaray" futbol klubunun İngiltərənin "Liverpul" futbol klubundan transfer etdiyi Emiliano Insua, bundan sonra futbol həyatını "Sportinq"də davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, artıq argentinalı futbolçu Portuqaliya futbol klubu ilə 5 illik müqavilə imzalayıb. Argentinalı futbolçu da jurnalistlərə açıqlamasında bu transferdən məmnun olduğunu, var qüvvəsi ilə "Sportinq"in uğurları üçün çalışacağını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə