"Arsenal" Eden Hazardı rənglərinə bağlamaq istəyir...

"Arsenal" Eden Hazardı rənglərinə bağlamaq istəyir...
İngiltərənin "Arsenal" futbol klubu daha bir futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, Sers Fabreqası "Barselona"ya, Samir Nəsrini "Mançester Siti"yə satan "topçular", gedən futbolçuların yerini doldurmaq və UEFA Çempionlar Liqasına yaxşı hazırlaşmaq üçün indi də Fransanın "Lill" futbol klubunda forma geyinən Eden Hazardı rənglərinə bağlamaq istəyir.
London klubu bu futbolçunu transfer etmək üçün 26 milyon avrosundan keçməyə belə hazırdır. Xatırladaq ki, E.Hazard fransız klubunda 110 qarşılaşmada 26 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə