"Qalatasaray" Pinonu Ərəbistan klubuna icarəyə verir

"Qalatasaray" Pinonu Ərəbistan klubuna icarəyə verir
İstanbulun "Qalatasaray" futbol klubunda, daha bir futbolçu icarə əsasında başqa klubda forma geyməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Fatih Terimin "Santyaqo Bernabeu"da Madrid "Real"ı ilə oynanılan qarşılaşmadan sonra bir sıra futbolçularla yolların ayrılması barədə qərar verdiyi məlum olub. Bunların arasında rəsmi olaraq ilk məlum olanı isə Pinodur. Belə ki, İstanbul klubunun rəsmi saytı da bu gün bu futbolçunun Səudiyyə Ərəbistanının "Nassr Saudi" klubuna icarəyə veriləcəyinə dair məlumat dərc edib. Məlumata əsasən artıq iki klub arasında bu barədə danışıqlar başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə