Quti: "Hər şeyə görə Rüştüyə minnətdarıq!"

Quti: "Hər şeyə görə Rüştüyə minnətdarıq!"
UEFA Avropa Liqasının pleyy-off mərhələsində İstanbulun "Beşiktaş" futbol klubunun "Alaniya" klubuna 0:2 hesabı ilə uduzması, kapitan Quti Hernandezi bərk əsəbləşdirib. Siasport.az saytı xəbər verir ki, dünən Türkiyə mətbuatına açıqlamalar verən ispaniyalı futbol ulduzu, az qala rus klubuna uduzaraq UEFA ilə vidalaşacaqlarını dilə gətirib. Quti, UEFA Avropa Liqasının qrupuna düşdüklərinə görə, ilk növbədə qapıçı Rüştü Rəncbərə minnətdar olduqlarını bildirib:
"Az qala daha böyük hesabla məğlub olub Avropa Liqası ilə vidalaşacaqdıq. Əgər Rüştü Rəncbər olmasaydı, biz bu rüsvayçılığı yaşayacaqdıq. Məhz onun sayəsində hər şey bizim üçün əla qurtardı. Hər şeyə görə ona minnətdarıq. Amma belə gedə bilməz. Biz bu il Avropada nəyə qadir olduğumuzu mütləq ortaya qoymalıyıq"-deyə ispaniyalı futbol ulduzu fikrini yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə