Azərbaycan komandası Avropa birinciliyinin finalında 2-ci ən çox idmançı ilə təmsil olunur

Azərbaycan komandası Avropa birinciliyinin finalında 2-ci ən çox idmançı ilə təmsil olunur

İrlandiyanın paytaxtı Dublində keçirilən boks üzrə Avropa birinciliyinin finalında ən çox təmsilçisi olan ölkə Rusiyadır. Siasport.az saytı xəbər verir ki, şimal qonşumuzun 9 boksçusu həlledici görüşdə iştirak etmək hüququ qazanıb. Yalnız 60 kq çəki dərəcəsində finalda Rusiya idmançısı təmsil olunmayacaq. Finalda ən çox nümayəndəsi olan ikinci ölkə Azərbaycandır. Üç boksçumuz – Pərviz Bağırov (60 kq), Rauf Rəhimov (75 kq) və Heydər Heydərov (91+kq) qızıl medal uğrunda döyüşə çıxacaqlar. Meydan sahibi İrlandiya, Ukrayna və Litvanın iki boksçusu finalda yarışmaq hüququ qazanıb. Gürcüstan və Ermənistanın bir nümayəndəsi qitə birinciliyinin qızılı uğrunda rinqə çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə