Arda Turan zədəsini sağaldaraq "Osasuna" ilə qarşılaşmada meydana çıxacaq
Bir müddət bundan öncə İstanbulun "Qalatasaray" futbol klubundan İspaniyanın "Atletiko Madrid" futbol klubuna transfer olunan 24 yaşlı futbolçu Arda Turan, artıq zədəsini sağaldaraq komanda üzvləri ilə birlikdə təlim-məşq toplanışına qatılıb. Siasport.az saytı xəbər verir ki, A.Turan dünən futbolçu yoldaşları ilə birlikdə məşq prosesinin bütün mərhələsində iştirak edib.
"Atletiko Madrid" futbol klubunun rəsmi saytı da bu barədə açıqlama ilə çıxış edib. İspaniya klubunun açıqlamasında, A.Turanın zədəsinin sürətlə sağaldığı və həkimlərin rəyindən asılı olaraq bazar günü "Osasuna" ilə keçiriləcək qarşılaşmada iştirak edə biləcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB