\"İnter\" Goran Pandevi \"Napoli\"yə icarəyə verib

İtaliyanın \"İnter\" futbol klubu Etonun dalınca daha bir ulduz futbolçusunu da başqa bir iltalyan klubuna icarəyə verib. Siasport.az saytı xəbər verir ki, Milan təmsilçisi makedoniyalı futbolçusu Goran Pandevin \"Napoli\" futbol klubuna keçidinə razı olub. İki klub arasında danışıqlar başa çatandan sonra jurnalistlərə açıqlama verən G.Pandev, \"İnter\"dən getmək istəmədiyni açıqlayaraq, buna baxmayaraq \"Napoli\"nin də İtaliya A Seriyasında ciddi futbol klublarından sayıldığını və bu il UEFA Çempionlar Liqasında mübarizə aparacağını dilə gətirib.
Xatırladaq ki, G.Pandev keçən mövsüm \"İnter\"in heyətində meydana çıxdığı 27 qarşılaşmada sadəcə 2 qol vurmaqla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə