Xəbər verdiyimiz kimi, "İnter" komandası Gürcüstanda təlim-məşq toplanışındadır. Siasport.az saytı xəbər verir ki, komanda dünən məşqə çıxıb. Toplanış çərçivəsində "İnter"in keçirəcəyi yoldaşlıq oyunlarında rəqiblərinin adları da məlum olub. Belə ki, avqustun 31-də komanda Gürcüstanın güclülər dəstəsində mübarizə aparan "Dila" komandasıyla üz-üzə gələcək. Sentyabrın 3-də isə "İnter" yerli "WİT Georgia" klubuyla qarşılaşacaq. Bu komanda da yüksək divizionda çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB