İstanbulun "Fənərbaxça" futbol klubunun UEFA Çempionlar Liqasına buraxılmamasından sonra, UEFA prezidenti Mişel Platini İstanbul klubu ilə bağlı bir sıra açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, UEFA prezidenti, "Fənərbaxça" ilə bağlı qərar verərkən Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən təqdim olunan sənədləri ciddi-ciddi yoxladıqdan sonra son qərara gəldiklərini deyib. O, UEFA rəhbəri olmağın olduqca ağır bir iş olduğunu deməyi də yaddan çıxarmayıb:
"Bir çoxları UEFA prezidenti olmağın əla bir iş olduğunu düşünür. Amma bu qətiyyən belə deyil. Sizə 100 milyonlarla insanın sevdiyi futbol barəsində ədalətli qərarlar qəbul etmək və futbolu inkişaf etdirmək kimi bir vəzifə tapşırıblar. İnsanların inamını qazanmaq isə indiki dövrdə çox çətindir.
Mən futbol oynadığım zamanlarda "Fənərbaxça"lılar məni çox sevərdilər. Amma indi mən onların əlinə düşsəm, heç şübhəsiz ki, məni asarlar"-deyə UEFA prezidenti fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB