Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə iştirak edəcəklər
Gənclər, qadınlar və kişilərdən ibarət Azərbaycanın taekvondo üzrə milli komandaları Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər.Siasport.az saytı xəbər verir ki, sentyabrın 3-dən 5-dək Çelyabinskdə keçiriləcək açıq beynəlxalq turnirdə Samir Aydınov (54 kq), Fariz Əliyev (68 kq), Elvin Məmmədov və Kvanqseok Kim (hər ikisi-74 kq), Bayraməli Vəliyev (80 kq), Ceyhun Həsənli (87 kq), Təvəkgül Bayramov və Aydın Bəhmalovdan (hər ikisi–87 kq-dan yuxarı) ibarət heyətə milli komandanın baş məşqçisi, Əməkdar Məşqçi Ələkbər İmaməliyev və Jon Jonqbay rəhbərlik edəcəklər.
Sun Mi Park və Niyaməddin Paşayevin çalışdırdıqları qadınlardan ibarət seçmə komandada isə Xəyalə Quliyeva və Şəhrun Yusifova (hər ikisi-46 kq), Türkanə Tahirli (49 kq), Günay Ağakişiyeva və Səbinə Mikayılova (hər ikisi-57 kq), Vonkyunq Kim və Fəridə Əzizova (hər ikisi-67 kq) yer alıblar. Gənclərdən ibarət yığmamız baş məşqçi, Əməkdar Məşqçi Gündüz Abdullayevin rəhbərliyi ilə 22 taekvondoçu ilə yarışda iştirak edəcək. İdmançılarımız turnirə sentyabrın 3-də yola düşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə