Millinin məşqçi heyəti IV turun oyunlarını izləyəcək

Millinin məşqçi heyəti IV turun oyunlarını izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək AZAL – "Neftçi" oyununu, həmçinin "Rəvan" - "Xəzər Lənkəran" qarşılaşmasının ikinci hissəsini (qapıçılar üzrə məşqçi Uli Ştayn bu oyunu bütövlükdə izləyəcək), millinin baş məşqçisinin köməkçisi Olaf Yansen və qapıçılar üzrə məşqçi Faiq Əzizov isə "Qarabağ" - "Qəbələ" matçını izləyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə