Avropa Superkubokunun qalibi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, bu gecə Monakodakı 18500 yerlik \"II Lui\" stadionunda keçirilən qarşılaşmada \"Barselona\" \"Portu\" nu sınağa çəkib.
Bir neçə gün əvvəl \"Real\"ı yenərək İspaniya Super Kubokunu qazanan Çempionlar Liqasının son qalibi \"Barselona\"Avropa Liqasında qızıl medallara yiyələnmiş \"Portu\" ilə oyunda hesabı 39-cu dəqiqədə açıb. Lionel Messi fərqlənib. Oyunun sonlarına qədər ikinci qol vurulmasa da, son dəqiqələrdə maraqlı hadisələr baş verib. 86-cı dəqiqədə meydandan qovulan Ronaldo \"Portu\"nu azlıqda qoyub. 2 dəqiqə sonra \"Barselona\"da ikinci oyununa çıxan Sesk Fabreqas yeni komandasında ilk qoluna imza atıb. 90-cı dəqiqədə isə \"Portu\"nun daha bir oyunçusu meydandan qovulub. Bu dəfə Fredi Quarin hakimin qəzəbinə tuş gəlib. Oyun \"Barselona\"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB