"Bakıdakı məğlubiyyət bizim üçün rüsvayçılıq olar"

"Bakıdakı məğlubiyyət bizim üçün rüsvayçılıq olar"
Futbol üzrə Belçika milli komandasının baş məşqçisi Jorj Leekens Azərbaycanla keçiriləcək qarşıdakı oyuna görə bərk narahatdır. Siasport.az saytı xəbəbr verir ki, Bakıda onları güclü azarkeş təzyiqinin və pis meydança örtüyünün gözlədiyini dilə gətirən belçikalı futbol mütəxəssisi, Azərbaycanla qarşılaşmada məğlub olarlarsa, bunu rüsvayçılıq hesab edəcəklərini mətbuata bildirməkdən çəkinməyib:
"Gələn həftə bizi həqiqətən də vacib oyun – Bakıda Azərbaycanla səfər matçı gözləyir. Bizi Bakıda nəyin gözlədiyini təxminən bilirəm. Bu, yerli azarkeşlərin onlara olan dəstəyi və meydançanın pis ot örtüyüdür. Lakin biz bəhanə axtarmamalı və qalib gəlməliyik. İndi bizim qrup ikincisi olmaq şansımız 25-30 faizdir. Biz bunu artırmalıyıq. Bakıdakı məğlubiyyət rüsvayçılıq olar və şansımızı ciddi şəkildə azaldar. Komandamız inkişafdadır, günü-gündən daha çox futbolçumuz Avropanın güclü klublarında oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə