Azad Rəhimov: “Azərbaycan alovunun həkk olunduğu qayığın 1-ci olduğunu görəndə ifadə olunmaz hisslər yaşadım”

Azad Rəhimov: “Azərbaycan alovunun həkk olunduğu qayığın 1-ci olduğunu görəndə ifadə olunmaz hisslər yaşadım”

"Azərbaycan alovunun həkk olunduğu qayığın 1-ci olduğunu görəndə ifadə olunmaz hisslər yaşadım". Siasport.az saytı xəbər verir ki, bu gün bu fikiri Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına 2 lisenziya qazanmış avarçəkənlərlə görüşdə Gənclər və İdman naziri Azad Rəhimov söylədi. Nazir ilk olaraq avarçəkməidman növününqısa zamanda bu qədər böyük uğur qazanmasını təqdirəlayiq hal hesab edib, olimpiya oyunlarında medalların sayının daha da çox olacağına zəmin yarandığını dilə gətirdi. "London Yay Olimpiya Oyunlarına bizim düşündüyümüzdən də az bir vaxt qalıb. Bizim mütəxəssislərimiz dəfələrlə orada olub, Azərbaycan idmançılarının qalacağı, yarışacaqları yerlərlə tanış olublar. Qeyd etməliyəm ki, bir çox məkanlar artıq vaxtından tez hazırdır",-deyə nazir qeyd edib.

A.Rəhimov London Olimpiya Oyunlarına hazırlıqla bağlı bu il nazirlik tərəfindən idmançıların təlim-məşq toplantılarına, səfərlərinə, vitaminlərlə təchizatlarına, dopinq müayinələrinə idmana hər il ayrılan vəsaitdən əlavə olaraq məbləğ ayrıldığını qeyd etdi.

Azad Rəhimov: "Biz London Olimpiya oyunlarına bacardığımız qədər gözəl formalar sifariş edəcəyik. Bu formalar xalqın, idman cəmiyyətinin çox xoşuna gəlsə, Azərbaycanın vahid idman forması kimi artıq təqdim ediləcək. " Nazir, avarçəkmə idman növündən danışarkən məşq zallarının çatışmaması, Bakıda idmançıların məşqləri üçün şəraitin olmaması kimi problemləri dilə gətirdi.

"Biz digər idman növlərində olduğu kimi, avarçəkmə idman növünün də maddi texniki bazasının yüksək olması üçün əlimizdən gələni edirik. Təbii ki, Bakının paytaxt şəhər olduğunu və əhalinin burada bu idman növü ilə daha çox məşğul olmaq arzusunda olduğunu nəzər alsaq, bu məqam da bizim diqqət mərkəzimizdədir. Sadəcə, Bakı dənizkənarı bulvarında aparılan genişləndirmə, təmir işləri ilə əlaqədar nə isə etmək bir qədər çətindir. Amma Bayılda Gənclər Sarayının tikintisi nəzərdə tutulur ki, o da baş tutacağı təqdirdə bu ərazidə avarçəkmə idman növü ilə də bağlı yenilik edə bilərik", - deyən nazir bununla yanaşı, bir vaxtlar çox böyük avarçəkmə bazası olmuş Neftçala rayonunda da yenidən təmir işlərinin aparılması arzusunda olduqlarını bildirdi. Nazir qeyd etdi ki, Prezident İlham Əliyevin Neftçala rayonunda da Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı Sərəncamı imzalanarsa, orada avarçəkmə idman növündə də çox böyük işlər görmək mümkün olacaq.

Avarçəkmə Federaasiyasının prezidentiElçin Zeynalov öz növbəsində gənclər və idman naziri Azad Rəhimova dərin təşəkkürünü bildirib, 2007-ci ildə yaranmış avarçəkmə federasiyasının təkcə bu il ərzində 18 medal qazandığını dilə gətirdi. Federasiya prezidenti də öz növbəsində bu gün avarçəkmə idman növü ilə maraqlanan gənclərin sayının çoxluğunu və Bakıda avarçəkmə bazasına böyük ehtiyac olduğunu dilə gətirdi.

"2012-ci ilin may ayında bizim üçün mühüm əhəmiyyət kəsb edən lisenziya xarakterli Avropa çempionatı olacaq. Biz ora böyük məsuliyyətlə hazırlaşırıq. Amma, London Yay Olimpiya oyunları bizim əsas prioritetimizdir",-deyə E.Zaynalov əlavə edib.

Qeyd edək ki, Sergey Bezuqlıy və Maksim Prokopenko cütlüyü Macarıstanda keçirilən dünya çempionatında 500 mvə 1000 m məsafədə 2-ci yer,Valentin Demyanenko 200 m məsafədə 1-ci yer qazanmaqla London Yay Olimpiya oyunlarına 2 lisenziya əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə