Novruz Məmmədov: "Bakı" ilə çempionluq yaşamaq istəyirəm"-AÇIQLAMA

Novruz Məmmədov: "Bakı" ilə çempionluq yaşamaq istəyirəm"-AÇIQLAMA
"Bakı" klubunun gənc üzvü Novruz Məmmədov geridə qalan turlar və "Kəpəz"lə oyun barədə sualları cavablandırıb. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdırır: "Kəpəz"lə oyuna ciddi hazırlaşırıq. Komandada hər şey öz qaydasındadır. Şənbə günü də meydanda yalnız qələbə uğrunda mübarizə aparacağıq. Çempionatda asan rəqib yoxdur, "Kəpəz"lə oyun da asan olmayacaq. Ötən tur ilk qələbəmizi qazandıq və növbəti oyunlarda bunun davamının gəlməsini arzulayıram. Artıq özümü "Bakı"nın bir parçası hesab edirəm. Fikrimcə, uyğunlaşma dövrü artıq geridə qalıb. Hər oyuna son oyun kimi baxıb, yalnız 3 xal üçün vuruşuruq və inanıram ki, sonda qarşıya qoyulan vəzifələrin həllinə nail olacağıq. "Bakı" ilə çempionluq yaşamaq istəyirəm. Qarşıdakı oyunlarda komandamızın azarkeşlərindən də dəstək gözləyirəm, onların dəstəyi bizə əlavə ruh verir".

Bütün xəbərlər Facebook səhifəmizdə