Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, çempionatın üçüncü günündə mübarizəyə qoşulan yeniyetmə qızlarımız 1 bürünc medal qazanıb.
38 kq çəki
dərəcəsində mübarizə aparan Sahilə Ələkbərova Türkiyədən olan rəqibi Misiraltı
Begümə qalib gəlsə də, rusiyalı rəqibi Nadejda Sokolovaya məğlub olub və bürünc
medal qazanmaq şansı əldə edib. Güləşçimiz bürünc medal uğrunda görüşdə meksikalı
idmançı Naomi Dominqesi məğlub edərək, bu şansı əldən verməyib.
Şəfəq
Muradzadə (49 kq) və Raqnetta Qurbanzadə (65 kq) həlledici mərhələdə müvafiq
olaraq İtaliya və Monqolustandan olan rəqiblərinə uduzaraq 5-ci yerlə
kifayətləniblər.
Yeniyetmələrin dünya çempionatında sabah yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB