Arda Turan Kriştianu Ronaldonu qabaqlayaraq Avropanın 3-cü ən yaxşı futbolçusu oldu!
Türkiyənin "Qalatasaray" futbol klubundan İspaniyanın "Atletiko Madrid" futbol klubuna transfer olunan 24 yaşlı Arda Turan Avropanın ən yaxşı futbolçuları siyahısında ilk "üçlük"də yer alıb.
Siasport.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropanın ən populyar oyunçularının adlarını açıqlayıb və A.Turan bu siyahıda 3-cü yerə sahib olub. İFFHS-in təqdim etdiyi açıqlamadan belə aydın olur ki, İngiltərənin "Mançester Yunayted" futbol klubunun bolqar forvardı Dimitar Berbatov qitənin ən məşhur futbolçusudur.
Ən təəcüblüsü isə, dünyanın ən bahalı futbolçusu sayılan Mardrid "Real"ının forvardı Kriştianu Ronaldonun D.Berbatovdan sonra 2-ci yerə sahib olmasıdır. Milyonlarla pərəstişkarı olan portuqaliyalı futbolçunun açıqlanan siyahıda yalnız 2-ci olması kifayət qədər düşündürücü məqamdır. Yaxında Madrid "Atletiko"suna keçən Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan ilk "üçlüyü" qapayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB