İstanbulun "Qalatasaray" futbol klubu, futbol üzrə Almaniya millisinin və "Köln" futbol klubunun polyak əsilli futbloçusu Lukaş Podolskini transfer etməyə çox yaxındır. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçunun heyətində oynamaq istəmədiyi alman klubu bir həftə əvvəl "Qalatasaray"ın transfer təklifinə qarşı çıxmışdısa, indi vəziyyət tam başqadır.
Çünki maliyyə durumu olduqca acınacaqlı olan, Almaniya Bundesliqasında olduqca uğursuz dövr keçirən "keçilər", nəhayət ki, həm futbolçunun illik maaşını ödəməkdən azad olmaq üçün, həm də onu istanbul təmsilçisinə sataraq yaxşı gəlir əldə etmək üçün bu transferə sonunda "hə" deyiblər.
Həttda L.Podolksinin də Almaniyadakı dostu olan məşqçi Turqay Hardaya " Hər şeydən əvvəl "Qalatasaray" böyük bir klub, orda oynamaq məncə əla olar" dediyi də verilən xəbərlər sırasındadır.. T.Harda da, L.Podolskiyə daha heç vaxt bundan gözəl təklifin gəlməyəcəyini də diqqətə çatdırıb. Xatırladaq ki, "Qalatasaray" L.Podolskinin transferi üçün "Köln"ə 10,5 milyon avro, futbolçunun özünə isə illik 3,5 milyon avro təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB