Nurlan Novruzov: " “Kəpəz”lə oyunda da baş məşqçimizdən şans gözləyirəm"-AÇIQLAMA

Nurlan Novruzov: " “Kəpəz”lə oyunda da baş məşqçimizdən şans gözləyirəm"-AÇIQLAMA

"Bakı"nın və 19 yaşlılardan ibarət Azərbaycan milli komandanın üzvü Nurlan Novruzov Azərbaycan Premyer Liqasının 4-cü turunun "Bakı"- "Kəpəz" oyunu ilə bağlı fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, futbolçu "Kəpəz"lə oyuna ciddi hazırlaşdıqlarını qeyd edib: "Hər oyun olduğu kimi bu dəfə də meydana yalnız qələbə üçün çıxacağıq. Baş məqçimiz Aleksandr Starkova minnətdarlığımı bildirirəm ki, son iki oyunda mənə etimad göstərib, mübarizə aparmaq şansı verdi. O bizə inanır və bu amil bir gənc futbolçu kimi mənə əlavə güc və stimul verir.

Bu oyunda da baş məşqçimizdən şans gözləyirəm. "Kəpəz"lə oyunda meydana çıxarsam, onun ümidlərini doğrultmaq və komandama xeyr vermək üçün əlimdən gələni edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə