Davidas Çesnauskis: "Burada əsas problem bir çox oyunların süni meydanlarda keçirilməsidir"-AÇIQLAMA
"Bakı"nın litvalı yarımmüdafiəçisi Davidas Çesnauskis son oyun, 27 iyulda keçiriləcək "Bakı" – "Kəpəz" qarşılaşması, Azərbaycan Premyer Liqası və uyğunlaşmaq dövrü haqqında fikirlərini bölüşüb. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdırır: "Son oyunda qələbə qazandığımıza görə çox şadam. Həmin oyunda hər iki 11 metrlik cərimə zərbəsi var idi və hakim haqlı qərar çıxardı. Növbəti oyun da bizim üçün asan olmayacaq. "Simurq"la oyun göstərdi ki, çempionatda asan rəqib yoxdur. Qarşıdakı oyunlara ciddi yanaşmaq lazımdır. "Kəpəz"lə oyuna da qələbə üçün çıxacağıq və hədəfimiz 3 xalı qazanmaqdır.
Azərbaycan Premyer liqası yaxşı klublardan təşkil olunmuş səviyyəcə yüksək bir çempionatdır. Hər oyun 100 faizlik güclə oynamaq lazımdır ki, nəticə qazana biləsən. Burada əsas problem bir çox oyunların süni meydanlarda keçirilməsidir. Bu tip meydanlarda oynamaq problemlər yaradır.
Mən Bakıdakı həyata tez öyrəşdim. Uzun müddət legioner həyatı yaşadığımdan bura da öyrəşmək çətin olmadı. Mənim üçün hər bir şərait yaradılıb və hər şey qaydasındadır. Yalnız komandada bir çox yeni simalar var və bu futbolçuların tam uyğunlaşması zaman tələb edir. Heyət yenidir və komandada oyun təcrübəsi çatmır. Oyundan-oyuna daha güclü "Bakı" görəcəksiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB