Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrup mərhələsinin son oyununu keçirəcək. Siasport.az saytı xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 14:00-da latviyalı həmyaşıdları ilə qarşılaşacaq.
Xatırladaq ki, futbolçularımız turnirin ilk oyununda Belarus yığmasına 3:1 hesabı ilə qalib gəlib. İkinci qarşılaşmada isə yığmamız gürcüstanlı həmyaşıdlarına 1:2 hesabı ilə məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB