U-16 "Pinzgau"nu darmadağın edib

U-16 "Pinzgau"nu darmadağın edib
Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Pinzgau" klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, qarşılaşma 4:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Fəhmin Muradbəylinin dubl etdiyi oyunda İlyas Səfərzadə və Tərlan Əhmədov hərəyə bir dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə