UEFA Çempionlar Liqası: "Barselona" və "Milan" eyni qrupda!

UEFA Çempionlar Liqası: "Barselona" və "Milan" eyni qrupda!

Bir neçə saat bundan əvvəl qitənin ən nüfuzlu ali turniri olan UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, Monakoda təşkil olunan tədbir öncəsi 32 komanda 4 səbətdə yer almışdır. "Fənərbaxça"nın əvəzinə UEFA Çempionlar Liqasına qatılan "Trabzonspor" olduqca çətin bir qrupa düşüb. Türkiyə təmsilçisi B qrupunda yer alıb və burada "İnter", Moskva MOİK-i və "Lill"ə qarşı rəqib olub. Bu da onu deməyə əsas verir ki, Trabzon təmsilçisinin qrupdan çıxmaq şansı sıfra bərabərdir. Maraqlıdır ki, "Barselona" və "Milan" eyni qrupda mübarizə aparmalı olacaqlar. Beləliklə püşkün nəticlərini diqqətinizə çatdırırıq:

A qrupu: "Bavariya" (Almaniya), "Vilyareal" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Napoli" (İtaliya)

B qrupu: "İnter" (İtaliya), MOİK (Moskva, Rusiya), "Lill" (Fransa), "Trabzonspor" (Türkiyə)

C qrupu: "Mançester Yunayted" (İngiltərə), "Benfika" (Portuqaliya), "Bazel" (İsveçrə), "Otselul" (Rumıniya)

D qrupu: "Real" (İspaniya), "Lion" (Fransa), "Ayaks" (Hollandiya), "Dinamo" (Zaqreb, Xorvatiya)

E qrupu: "Çelsi" (İngiltərə), "Valensiya" (İspaniya), "Bayer" (Almaniya), "Genk" (Belçika)

F qrupu: "Arsenal" (İngiltərə), "Marsel" (Fransa), "Olimpiakos" (Yunanıstan), "Borussiya" (Dortmund, Almaniya)

G qrupu: "Porto" (Portuqaliya), "Şaxtyor" (Ukrayna), "Zenit" (Rusiya), "Hapoel" (İsrail)

H qrupu: "Barselona" (İspaniya), "Milan" (İtaliya), BATE (Belarus), "Viktoriya" (Çexiya)

Bütün xəbərlər Facebook səhifəmizdə