Sabah Monakoda "Barselona"-"Porto" dueli başlayır!

Sabah Monakoda "Barselona"-"Porto" dueli başlayır!
Sabah 37-ci UEFA Superkuboku uğrunda "Barselona" və "Porto" futbol klubları üz-üzə gələcəklər. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının son qalibləri olan bu iki komanda, sabah kubokun ya İspaniyaya, ya da Portuqaliyaya gedəcəyini müəyyənləşdirəcəklər.
Monakoda keçiriləcək qarşılaşma, Bakı vaxtı ilə gecə saat 23:45-də başlayacaq. Onsuzda elə yola saldığımız mövsümdəcə bütün titullara sahib olan, bir həftə bundan öncə isə İspaniya Superkubokunu da başı üzərinə qaldıran "Barselona", bu qarşılaşmada favorit göstərilsə də, Portuqaliya təmsilçisinin də bu kuboka sahib olmaq üçün katalonlardan az istəkli olmadığı hamıya məlumdur. Hər halda hər şey sabah Monakoda aydın olacaq.
Xatırladaq ki, UEFA Superkubokunu ən çox qazanan klub isə İtaliyanın "Milan" futbol klubudur. Onlar bu kuboku düz 5 dəfə öz muzeylərinə apara biliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə