Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq "Delfin" istirahət mərkəzində çimərlik voleybolu üzrə turnir keçirilib. Siaport.az saytı xəbər verir ki, turnir kişilər və qadınlar arasında, qarışıq cütlük üzrə keçirilib. Ümumilikdə turnirdə 32 nəfər (onlardan 16 nəfəri qadinlardir) iştirak edib. Yarışlara 22 avqust 2011-ci il tarixdə yekun vurulub. Yarışların nəticələrinə görə, kişilər arasında I yerə "Mərdəkan-1" komandası, II yerə "Zaqulba" komandası, III yerə "Mərdəkan-2" komandası, qadınlar arasında I yerə "Şüvəlan" komandası, II yerə "Binə-1" komandası, III yerə "Buzovna" komandası, qarışıq cütlükdə I yerə "Zaqulba" komandası, II yerə "Mərdəkan-1" komandası, III yerə "Şüvəlan" komandası layiq görüüb.Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB