İstanbulun "Fənərbaxça" futbol klubuna zərbə-zərbə dalınca gəlməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun UEFA Çempionlar Liqasından uzaqlaşdırılmasından sonra, baş məşqçi Aykut Kocamanın istefası, klub rəhbərliyinin belə bir şəraitdə Türkiyə çempionatında oynamağın mümkünsüzlüyü barədəki açıqlamaları, həqiqətən də vəziyyətin kritik həddə olduğunu göstərir.
Bu dəfə isə UEFA prezidenti Mişel Platini Türkiyə Futbol Federasiyasının (TFF) qərarını müdafiə edən açıqlama ilə çıxış edib. UEFA prezidenti, TFF-nin "Fənərbaxça"nın Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə buraxılmamağı ilə bağlı qərarını dəstəkləyib. "Təbii ki, yaşanan son olaylar üzücüdür. Anma Türkiyə Futbol Federasiyasının qərarı doğrudur. Prosesləri biz də araşdırdıq. Yəni, bir ölkənin çempionu Çempionlar Liqasına gedə bilmirsə, 2-ci yeri tutan çıxış etməlidir. Bu da "Trabzonspor" olduğundan, bu komanda Çempionlar Liqasının qrup mərhələsinə qatılacaq" – deyə, M.Platini fikrini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB