Qurban Qurbanov "Borussiya"nın təcrübəsindən yararlanacaq

Qurban Qurbanov "Borussiya"nın təcrübəsindən yararlanacaq

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Almaniyaya yollanacaq. Siasport.az saytı xəbər verir ki, komandanın çalışdırıcısı Dortmundun "Borussiya"sında təcrübə mübadiləsindən yararlanacaq. Sentyabrın 4-11-i arasında baş tutacaq səfər zamanı baş məşqçi sonuncu Almaniya çempionunun məşqlərini izləyəcək, infrastrukturuyla tanış olacaq. Q.Qurbanovun eyni zamanda "Borussiya"nın çalışdırıcısı Yurgen Kloppla görüşü də nəzərdə tutulub. Sentyabrın 11-i geri dönəcək çalışdırıcının "Sumqayıt-Şəhər"lə Premyer Liqada baş tutacaq oyuna yetişəcəyi gözlənilir.

Xatırladaq ki, bu, Ağdam təmsilçisinin baş məşqçisinin ilk belə səfəri deyil. Q.Qurbanov 2010-cu ilin yanvar ayında "Qalatasaray"ın düşərgəsinə yollanıb və "sarı-qırmızı"ların o vaxtki baş məşqçisi Frank Raykardla görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə