Türkiyə futbolu özünün ən ağır dönəmini yaşayır. Siasport.az saytı xəbər verir ki, qardaş ölkənin futbol çempionatında baş verən qalmaqallarla bağlı dünən sürpriz şəkildə UEFA Çempionlar Liqasından kənarlaşdırılan "Fənərbaxça" futbol klubunda baş verənlər daha kritik şəkil alıb.
Belə ki, baş verənlərin ardınca dünən axşam baş məşqçi Aykut Kocaman da istefa verərək bir daha belə bir ölkədə məşqçilik etməyəcəyini açıqlayıb. Türkiyə mətbuatındakı xəbərlərdə isə "Fənərbaxça"nın baş məqşçisi postunu buraxmaqla, onun ağır əziyyətlər bahasına "Fənərbaxça"ya qazandırdığı çempionluğu bu şəkildə aşağılamağa etiraz etdiyi bildirilir. Məşqçinin özü də TFF-nin bu qərarının Türkiyə futbolu üçün böyük zərbə olduğunu deyərək, əgər araşdırma aparılarsa, bunun 1958-ci ildən sonrakı bütün çempionatlara aid edilməsinin vacib olduğunu dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB