Braziliyadan gələn 7-ci snayper və 55-ci qol-STATİSTİKA

Braziliyadan gələn 7-ci snayper və 55-ci qol-STATİSTİKA
Azərbaycan Premyer Liqasının III turunun "Turan"la oyunu 2 futbolçunun ilk dəfə "Xəzər Lənkəran"da qol vurması ilə əlamətdar oldu. Siasport.az saytı xəbər verir ki, dubl müəllifi olan Branimir Subaşiç və matçdakı son qolu vuran Rikardo Qomeş yeni klublarındakı qol hesabını açdılar.

Bununla da "Xəzər Lənkəran"da qol vuran oyunçuların ümumi sayı 68-ə çatdı. Bunlardan 42-si legionerdir. Komanda üçün qol vuran 42-ci legioner olan Rikardo buna nail olan 7-ci braziliyalıdır. Ona qədər Denis Silva 3, Dieqo Qusmao Souza 4, Junior Osvaldo 11, Kristian Martins Kabral 2, Mario Souza 26, Romulo Silvano 8 qola imza atmışdı. Bir sözlə, 7 braziliyalı snayperin ifasında 55-ci qol tovuzlularla matçda vuruldu.

Branimir isə həmyerlisi – "Xəzər Lənkləran"da 3 qol vuran Marinko Petroviçdən sonra komandada fərqlənən 2-ci serbiyalı oldu. Hücumçu komandanın tarixində 59-cu, ölkə çempionatlarında isə 39-cu dublunun müəllifi oldu. O, "Xəzər Lənkəran" formasında 1 matçda 2 qol vuran 30-cu oyunçu kimi tarixə düşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə