Yığmamız Avstriya klubu ilə qarşılaşacaq

Yığmamız Avstriya klubu ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytı xəbər verir ki, yığmamız Avstriyanın "Pinzgau" klubunun U-17 komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə