Azərbaycan akrobatları beynəlxalq turnirdə 2 gümüş medal qazanıblar
Azərbaycan akrobatları Rusiyanın Yaroslav şəhərində Volkov kuboku uğrunda keçirilmiş beynəlxalq turnirdə 2 gümüş mükafat qazanıblar. Siasport.az saytı xəbər verir ki, ilk gümüş medalı qadınlardan ibarət cütlük - Aynur Hüseynova və Nərmin Ramazanova qazanıb. Qarışıq kombinasiyanın finalında da Aynurla Nərmin yalnız Rusiya akrobatlarından geri qalaraq yenə də ikinci yeri tutublar.
Kişilərdən ibarət cütlüyün iştirakçıları Murad Məmmədov və Murad Kərimov da Bakıya gümüş medallarla qayıdıblar.
Akrobatika üzrə növbəti yarışlara gəldikdə isə, oktyabrın sonunda Varnada (Bolqarıstan) yaş qrupları arasında Avropa çempionatı keçiriləcək. Çempionatda kişilərdən ibarət duet - Murad Məmmədov və Murad Kərimov iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB