Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, tale Türkiyənin "Fənərbaxça" futbol" klubunun üzünə gülməyib. Belə ki, İstanbul klubu qitənin ən nüfuzlu klub turnirinin püşkünə qatılmayacaq. Görünür son baş verənlərdən sonra UEFA da "Fənərbaxça"ya zərbə vurmağa qərar verib. UEFA-nın baş katibi Gianni İnfantino bu komandanın Çempionlar Liqasında iştirak edə biləcəyini desə də, Türkiyə Futbol Federasiyasının rəsmi saytında yer alan xəbər "Fənərbaxça"nın vəziyyətini kəskin pisləşdirib. Məlumata inansaq, belə çıxır ki, Türkiyə futbolunda baş verən rüşvət qalmaqalında daha çox adı hallanan - danışılmış oyunlarda iştirak edən "Fənər"in Çempionlar Liqasına qatılmayacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB