Parisdə keçirilən Cudo Çempionatının 2-ci günün nəticələri Azərbaycan idmançıları üçün təəssüf ki, elə də ürək açan olmayıb. SİA-nın xəbərinə görə, kişilər arasında 73 kg kategoriyalı cüdoçümuz Mirzəliyev Renat 1/16-da polşalı idmançı Tomaş Adameza məğlub olub.
Bu gün ölkəmizi çempionatda təmsil edən iki xanımdan biri - qadınlar arasında 57 kg kategoriyalı Kifayət Qasımova ilk mərhələdə Haitini təmsil edən Mersi Janbaptisti tatamida asanlıqla məğlub etsə də, 2-ci mərhələdə Yaponiyalı Aiko Satoya uduzub.
Xatırladaq ki, sabah 81 kg kategoriyalı 2 idmançımız: Olimpiya çempionu Elnur Məmmədli ilk mərhələdə Xorvatiyalı Tomrislav Mariyanoviça və Elxan Rəcəbli Ficili idmançı Joseteki Nauluya qarşı mübarizə aparacaqlar. Qadınlar arasında isə 63 kg kategoriyalı idmançımız Ramilə Yusubova ilk görüşdə Çin idmançısı Sum Po Leung ilə yarışacaq.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB