Bu gecə "Santyaqo Bernabeu"da "Qalatasaray"-"Real Madrid" dueli başlayacaq!

Bu gecə "Santyaqo Bernabeu"da "Qalatasaray"-"Real Madrid" dueli başlayacaq!

Bu gün "Santyaqo Bernabeu" stadionunda İstanbulun "Qalatasaray" futbol klubu ilə İspaniyanın "Real" futbol klubları üz-üzə gələcəklər. Siasport.az saytı xəbər verir ki, "Bernabeu" kuboku çərçivəsində keçiriləcək bu görüş, "Qalatasaray" üçün böyük önəm daşıyır. Artıq baş məşqçi Fatih Terimin də futbolçularla görüşərək bu qarşılaşmanın "Qalatasaray" və türk futbolu üçün nə qədər mühüm olduğu barədə onlarla söhbət etdiyi bildirilir. F.Terim, bu qarşılaşmanın son hazırlıq oyunu olduğunu deyərək, hər bir futbolçudan bu gün meydanın hər qarışı uğrunda mübarizə aparmalarını tələb edib. Türkiyə mətbuatı xəbər verir ki, məhz bu qarşılaşmadan sonra F.Terim Türkiyə çempionatında oynadacağı ilk 11-liyi müəyyən edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə