"Xəzər Lənkəran"da 6-cı serbiyalı

"Xəzər Lənkəran"da 6-cı serbiyalı
Premyer Liqanın III turu daha bir futbolçunun "Xəzər Lənkəran"da debüt etməsi ilə əlamətdar oldu. Siasport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının milliləşən serbiyalı futbolçusu Branimir Subaşiç karyerasında ilk dəfə bu komandanın formasında meydana çıxdı. "Turan"la matçın ilk dəqiqələrindən meydanda olan Branimirə qədər 132 oyunçu "Xəzər Lənkəran"da çıxış etmişdi. Bununla da serb hücumçu komandanın tarixinə 133-cü futbolçu kimi düşdü.

Branimir cari mövsüm komandada debüt edən 7-ci futbolçu oldu. Belə ki, Avroliqa oyunlarında Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli və Marius Onofraşa, ötən turda isə Dejan Rusiç buna nail olmuşdu.

Komandanın şərəfini qorumuş 133 oyunçudan 52-si yerli, 81-i əcnəbidir ki, Branimir ölkəsinin "Xəzər Lənkəran"da 6-cı təmsilçisi oldu. Ona qədər serbiyalılar Marinko Petroviç, Milorad Koraç, Miroslav Saviç, Slaven Stankoviç, Uroş Prediç "Xəzər Lənkəran"da oynamışdı.

"Xəzər Lənkəran" forması geyinən legionerlər 29 ölkəni təmsil edir: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan - 4, Portuqaliya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya – hərəsi 1.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня