Azərbaycan idmançısı Avropa çempionu oldu

Azərbaycan idmançısı Avropa çempionu oldu
Polşanın Çexanov şəhərində yeniyetmələr arasında ağır atletika üzrə 9-cu Avropa çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, yarışda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Paşa İbrahimli 233 kq nəticə ilə (105+128) qızıl medal qazanıb.
Yarışın ilk günündə 50 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Allahyar Abışov isə 182 kiloqram (81+101) nəticə göstərərək çempionatın bürünc medalına sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə